Üç addım — və ay sonu artıq gecə yarısına qalmır
Quraşdırmadan ilk hesabata qədər.
Asan İmza ilə bir dəfə daxil olun
Giriş yalnız sizin kompüterinizdə olur; parol və sertifikat heç yerə göndərilmir.
Sənədlər özü yığılır
Qaimələr, ləğvlər, düzəlişlər və gömrük bəyannamələri gəlir; bank çıxarışını faylla əlavə edirsiniz.
Üzləşmə və ƏDV hazırdır
Ödənişlər qaimələrə bölünür, borc və avans görünür, bəyannamə rəqəmləri çıxır.
Qaimə gəldi. Ödəniş tapıldı. Borc bağlandı.
Siz yalnız yoxlayırsınız — yığmaq, tutuşdurmaq və saymaq OkTAX-ın işidir.

Hər ödəniş öz qaiməsinə
Bank çıxarışı VÖEN üzrə qaimələrlə tutuşdurulur.
- Bağlanmamış ödənişlər ayrıca siyahıda
- Açıq avans və müddəti keçən borc
- ƏDV depozit hesabı ayrıca

Gömrük bəyannamələri
e.customs.gov.az-dan bəyannamələr və rüsumlar idxal ödənişləri ilə birlikdə uçota düşür.
- Bəyannamə ↔ ödəniş bağlanışı
- Avans nəzarəti

ƏDV və hesabatlar
Dövriyyə, əvəzləşdirmə və bəyannamə rəqəmləri yoxlamalarla birlikdə.
- Debitor / kreditor borcları istənilən tarixə
- Kontragentlə üzləşmə aktı
- Excel və pivot ixracı
Excel-də yüz sətirlik VLOOKUP əvəzinə bir düymə
Əvvəl
- Qaimələri e-taxes-dən bir-bir köçürmək
- Bank çıxarışını VÖEN-lərlə gözlə tutuşdurmaq
- Avansı ayrıca dəftərdə, borcu ayrıca cədvəldə izləmək
- Riskli kontragenti bəyannamədən sonra öyrənmək
- ƏDV rəqəmlərini hər ay sıfırdan yığmaq
OkTAX ilə
- Qaimələr, ləğvlər və düzəlişlər özü gəlir
- Hər ödəniş qaiməsinə özü bağlanır
- Borc və avans istənilən tarixə bir ekranda
- Riskli və ya ləğv olunmuş VÖEN haqqında bildiriş dərhal gəlir
- Bəyannamə rəqəmləri yoxlamalarla hazırdır
Bütün imkanlar
Mühasibin gündəlik işindən auditorun yoxlamasına qədər — hamısı bir proqramda.
E-qaimələr
- Gələn və göndərilən qaimə-faktura və hesab-fakturalar
- Ləğvlər, düzəlişlər və qaytarmalar izlənir
- Sinxron bir düymə ilə və ya fonda avtomatik
- Mal, iş və xidmət kodlarının e-taxes kataloqu ilə tanınması
- Təhvil-təslim aktı qaimədən bir kliklə
Bank və ödənişlər
- Excel/CSV çıxarışı; tanınmayan bank üçün hazır şablon
- Ödəniş növü və kontragent avtomatik tapılır
- Bir ödəniş bir neçə qaiməyə bölünür
- ƏDV depozit hesabı ayrıca uçotda
- Proqram düzəlişlərinizdən öyrənir və qayda yaradır
Kontragentlər və vergi yoxlaması
- Debitor, kreditor və hər iki tərəf olanlar ayrıca
- «VÖEN-i yoxla»: aktiv, passiv, ləğv, ƏDV statusu
- «Riskliliyi yoxla»: riskli vergi ödəyiciləri siyahısı
- İzlənən VÖEN-lər hər gün yoxlanır
- Üzləşmə aktı — qarşı tərəfin Excel-i ilə tutuşdurma
Gömrük
- Bəyannamələr e.customs.gov.az-dan
- Rüsum və ƏDV ödənişləri ilə bağlanış
- İdxal bəyannamələri ƏDV əvəzləşdirməsində
- Avans nəzarəti və müddət xəbərdarlığı
ƏDV
- Əvəzləşdiriləcək qaimələr ödəniş qaydası ilə
- ƏDV dövriyyəsi və üzləşməsi
- Hesablanmış bəyannamə göndərilmişlə tutuşdurulur
- Aylar üzrə təhlil və ƏDV konstruktoru
- Portal üçün şablon faylı
Hesabatlar və ixrac
- Debitor/kreditor borcları — il, rüb, ay bölgüsü
- Konstruktor: öz pivot hesabatınızı qurun
- Mal və xidmət hesabatı, bank təhlili
- Excel, pivot Excel və böyük həcm üçün CSV
- İlkin qalıq və valyuta məzənnəsi fərqi
Nəzarət və rahatlıq
- Bildirişlər: kritik, diqqət, məlumat
- Hərəkətlər jurnalı: kim, nə vaxt, nə etdi
- Bir neçə şirkət (VÖEN), yan-yana pəncərələr
- Altı rəng mövzusu, o cümlədən tünd
- Avtomatik yeniləmə
Təhlükəsizlik
- Bütün məlumat kompüterinizdə
- Parolla şifrələnmiş ehtiyat nüsxə
- 14 gün internetsiz tam iş
- Problem bildirişi maskalanmış jurnalla — göndərməzdən əvvəl görürsünüz
Riskli kontragenti siz yox, OkTAX birinci görür.
Sizin məlumat. Sizin kompüter. Nöqtə.
Qaimə, çıxarış, VÖEN siyahısı və məbləğlər yalnız sizin kompüterinizdə saxlanılır. Serverə yalnız lisenziya yoxlaması gedir.
- Asan İmza girişi kompüterinizdə
- Giriş məlumatı heç bir serverə ötürülmür.
- Şifrəli ehtiyat nüsxə
- Parolla şifrələnmiş faylı özünüz seçdiyiniz yerdə saxlayırsınız.
- 14 gün internetsiz
- Lisenziya 14 gün serverlə əlaqəsiz də tam işləyir.
Tariflər
İllik abunə. Qiymətlərə ƏDV daxil deyil. Bütün modullar hər tarifdə var.
Şirkət (1 yer)
240.00 ₼ildə, ƏDV-siz
- 1 şirkət (VÖEN) yeri
- 2 cihaz
- Yer dəyişmə: ildə 1 dəfə
- Əlavə yer: 160.00 ₼ / il
Mühasib (5 yer)
900.00 ₼ildə, ƏDV-siz
- 5 şirkət (VÖEN) yeri
- 2 cihaz
- Yer dəyişmə: ildə 5 dəfə
- Əlavə yer: 150.00 ₼ / il
Audit/outsorsinq 10
1 200.00 ₼ildə, ƏDV-siz
- 10 şirkət (VÖEN) yeri
- 3 cihaz
- Yer dəyişmə: sərbəst
- Əlavə yer: 110.00 ₼ / il
Audit/outsorsinq 25
2 400.00 ₼ildə, ƏDV-siz
- 25 şirkət (VÖEN) yeri
- 5 cihaz
- Yer dəyişmə: sərbəst
- Əlavə yer: 90.00 ₼ / il
Tez-tez verilən suallar
Hansı kompüterdə işləyir?
Windows 10 və Windows 11. Proqram kompüterinizə quraşdırılır, brauzerdə işləmir.
Məlumatlarım harada saxlanılır?
Yalnız sizin kompüterinizdə. Sayt hesab, lisenziya və ödəniş üçündür; qaimə və çıxarış serverə göndərilmir.
Asan İmza nə üçün lazımdır?
E-taxes və gömrük kabinetinə daxil olmaq üçün. Girişi özünüz edirsiniz, proqram sonra sənədləri oradan oxuyur.
Sınaq müddəti bitəndə nə olur?
Proqram yalnız baxış rejiminə keçir: məlumatlarınız silinmir, tarif aldıqdan sonra iş davam edir.
Bir neçə şirkətlə işləmək olar?
Bəli. Hər tarifdə müəyyən sayda şirkət (VÖEN) yeri var, əlavə yer də almaq olar.
Növbəti ay sonunu OkTAX ilə qarşılayın
30 gün pulsuz, kart tələb olunmur. Bir şirkət üçün bütün imkanlar.