«Bu gün» səhifəsi
«Bu gün» proqramın ana səhifəsidir. Burada bağlanmağı gözləyən ödənişlər, cari ƏDV dövrünün xülasəsi və son dəyişikliklər bir yerdə görünür.

Səhifənin başlığı
- Sol menyuda «Bu gün» bəndinə basın. Bəndin yanındakı rəqəm bağlanmağı gözləyən ödənişlərin sayıdır.
- Başlıqda bir cümləlik xülasə var: neçə ödəniş bağlanmağı gözləyir, bu ay neçə qaimə gəlib və göndərilib, neçə ödəniş üçün uyğun qaimə tapılıb.
- Sağda il seçimi var — aşağıdakı qrafik və il göstəriciləri bu ilə görə dəyişir.
- «Hesabatlar ▾» düyməsi və altındakı qısa keçidlər («İcmal», «Kontragentlərlə üzləşmə (VÖEN üzrə)» və s.) uyğun hesabatı açır.
Ödəniş ↔ qaimə növbəsi
Səhifənin əsas hissəsi «Ödəniş ↔ qaimə» kartıdır. Hər sətirdə solda bank ödənişi (tarix, bank, kontragent, məbləğ), sağda isə proqramın təklif etdiyi qaimə və səbəb yazılıb (məsələn, «Təyinatda e-qaimənin seriyası …»).
Kartın yuxarısında iki tab var:
- «Təklif var» — proqram uyğun qaimə tapıb, təsdiq sizdən gözlənilir;
- «Qaiməsiz» — uyğun qaimə tapılmayıb, qaiməni özünüz seçməlisiniz.

Təklifi təsdiqləmək: «Bağla»
- Sətirdəki ödənişi və təklif olunan qaiməni müqayisə edin.
- Qaimənin nömrəsinə klikləsəniz qaimənin kartı açılır.
- Təklif doğrudursa «Bağla» basın.
- Sətir siyahıdan çıxır, ekranın küncündə «Ödəniş bağlandı» bildirişi görünür.
- Səhv basmısınızsa, bildirişdəki «Geri al» düyməsini 5 saniyə ərzində basın.
Başqa qaimə seçmək: «Başqası»
- Təklif uyğun deyilsə «Başqası» basın.
- Ödənişin paneli açılır: bütün təkliflər, «Belə bağla», «Qaiməni özüm seçim» və əl ilə bağlama.
- Ətraflı izah «Üzləşmə» bölməsindədir.
Qaiməsiz ödənişlər
- «Qaiməsiz» tabına keçin.
- Hər sətirdə ödənişin təyinatı göstərilir.
- «Qaimə seçin…» basın — ödənişin paneli açılır və qaiməni özünüz seçirsiniz. Ödəniş qaiməyə aid deyilsə (bank xərci, kredit və s.), orada onu təsnifata bağlayın.
Qeyd: Növbədə ən son 30 ödəniş göstərilir. Hamısı «Ödənişlər» səhifəsindədir. Bağlanan ödəniş qaimənin borcunu avtomatik azaldır. Səhv bağlantını sonra da «Ödənişlər» səhifəsində geri qaytarmaq olar.
Sağdakı kartlar

- «ƏDV, <ay>» — cari ayın ƏDV xülasəsi: - Çıxış (göndərilən qaimələr) və Giriş (gələn qaimələr); - Ödəniləcək fərq və ya Növbəti aya keçir; - bəyannamənin son tarixi və neçə gün qaldığı.
Bu, qaimələr üzrə ilkin hesabdır, bəyannamə deyil. «ƏDV hesabatını açın» keçidi ətraflı hesabatı açır. 2. «Gömrük: ödənişi görünməyən» — ödənişi hələ bağlanmamış gömrük bəyannamələri. Bəyannamənin nömrəsinə klikləsəniz bəyannamə açılır. 3. «Son dəyişikliklər» — son sinxronda gələn yeni və dəyişmiş qaimələr və bəyannamələr. Sətrə klikləyib sənədi açın.
Aşağıdakı qrafik və göstəricilər
- «Aylıq dövriyyə (ƏDV daxil)» — hər ay gələn və göndərilən qaimələrin məbləği. Siçanı sütunun üzərinə gətirsəniz dəqiq məbləğ və sənəd sayı görünür.
- «İl göstəriciləri» — seçilmiş il üzrə: - gələn və göndərilən qaimələrin cəmi; - ƏDV fərqi; - gömrük bəyannamələrinin sayı; - xəbərdarlıqların sayı («Siyahıya bax →»); - son sinxronun vaxtı; - açıq avans qalığı və müddəti yaxınlaşan avanslar.
Qeyd: Növbə boşdursa, «Bağlanmağı gözləyən ödəniş yoxdur» yazılır. Yeni ödənişlər üçün bank çıxarışını yükləyin və ya «Sinxronla» basın.