Məzmuna keç
OkTAXOkTAX
Menyu

ƏDV depozit hesabı

«ƏDV depozit» bölməsi e-taxes.gov.az portalındakı ƏDV depozit (sub-uçot) hesabınızın qalığını və bütün əməliyyatlarını göstərir. Proqram hər köçürməni uyğun e-qaimələrə bölür ki, qaimələrin ƏDV hissəsinin ödənilib-ödənilmədiyi aydın olsun.

Qeyd: Məlumat portaldan yalnız oxunur. OkTAX depozit hesabında heç bir əməliyyat etmir.

Məlumatı yükləmək

Depozit çıxarışı vergi sinxronu ilə birlikdə çəkilir.

  1. Yuxarı zolaqda «Vergiyə daxil ol» və ya «Sinxronla» düyməsini basın.
  2. Asan İmza ilə daxil olun — çıxarış e-qaimələrlə birlikdə oxunur.
  3. Sol menyuda «ƏDV depozit» bölməsini açın.

Portaldan çıxarışı Excel faylı kimi endirmisinizsə, «Excel-dən yüklə» düyməsi ilə onu da əlavə edə bilərsiniz. Artıq olan əməliyyatlar ikinci dəfə yazılmır.

Qalıqlar və əməliyyatlar

Səhifənin yuxarısında plitələr var:

  • «Sub hesab» — depozit hesabının qalığı;
  • «Naməlum hesab» — təyinatı müəyyən olunmamış köçürmələr;
  • «Borc» — vergi borcu (əsas, faiz, sanksiya);
  • «Bloklanmış» — istifadəsi dayandırılmış məbləğ;
  • «Son yenilənmə» — məlumatın portaldan son oxunma vaxtı.

Altında çıxarışın dövrü, dövrün əvvəlinə və sonuna qalıq göstərilir.

ƏDV depozit əməliyyatları
ƏDV depozit əməliyyatları

Əməliyyatları süzmək üçün:

  1. «Tarixdən» və «Tarixədək» sahələrinə dövrü yazın (gg.aa.iiii).
  2. «Qrup» siyahısından növü seçin: «Sub-uçot köçürmələri», «Büdcəyə», «İdxal», «Naməlum hesab» və ya «Qaytarma».
  3. «İstiqamət» siyahısında «Mədaxil» və ya «Məxaric» seçin.
  4. Axtarışa kontragentin adını, VÖEN-i, qəbz nömrəsini və ya qaimə seriyasını yazın.

«Status» sütununda «Uğurlu», «Gözləmədə» və ya «Uğursuz» yazılır. Cədvəlin altındakı cəmə yalnız uğurlu əməliyyatlar düşür; gözləmədə olanlar ayrıca sətirdə göstərilir.

Qeyd: «Qaimələr» sütunundakı «bank» nişanı ƏDV-nin bank cari hesabından birbaşa ödənildiyini bildirir. Belə ödəniş bank çıxarışında da görünür, amma iki dəfə sayılmır.

Əməliyyatın qaimələrə bölgüsü

  1. Əməliyyatın sətrinə klikləyin — sağda paneli açılır.
  2. Panelin yuxarısında məbləğ, status və hesab, altında tarix, kontragent, qəbz nömrəsi və təyinat var.
  3. «Bağlı e-qaimələr» və ya «Qaimələrə bölgü» cədvəlində məbləğin hansı qaimənin ƏDV-sinə yazıldığı görünür. Qaimənin seriyasına klikləsəniz, qaimə açılır.

Proqram bölgünü bu ardıcıllıqla aparır: əvvəl portalın əməliyyatda göstərdiyi qaimələr, sonra təyinatdakı qaimə nömrəsi, qalan məbləğ isə həmin kontragentin ən köhnə açıq qaiməsindən başlayaraq. «Necə tapılıb» sütunu hər sətrin hansı yolla bağlandığını göstərir.

Depozit əməliyyatının paneli
Depozit əməliyyatının paneli

ƏDV üzləşməsi (ay-ay)

  1. «ƏDV üzləşməsi» tabına keçin.
  2. Yuxarıdakı siyahıdan ili seçin.
  3. Hər ay üçün satış və alış qaimələrinin ƏDV-si, depozitə daxil olan, təchizatçılara, büdcəyə və idxala ödənilən məbləğlər yan-yana göstərilir.
  4. Ayın altında fərqlər yazılır: «Təchizatçılara ödənilməmiş ƏDV» və «Alıcılardan daxil olmamış ƏDV».
  5. Ayın adının yanındakı «Əvəzləşdirmə →» keçidi həmin ayın «Əvəzləşdiriləcək qaimələr» hesabatını açır.

Depozit çıxarışı oxunmamış aylarda depozit sütunlarında «—» olur. Müqayisə üçün cədvəlin sonunda «Oxunmuş aylar» sətri var.

ƏDV üzləşməsi aylar üzrə
ƏDV üzləşməsi aylar üzrə

Excel və hesabatlar

  • «Excel-ə ixrac» düyməsi cari süzgəclə bütün əməliyyatları Excel faylına çıxarır.
  • «Hesabatlar ▾» menyusu əlaqəli ƏDV hesabatlarını açır.
  • Uçotun başlanğıcında depozitdə olan qalığın bölgüsünü «Ayarlar» bölməsinin «İlkin qalıq: ƏDV depozit hesabı» kartında yazırsınız.