Məzmuna keç
OkTAXOkTAX
Menyu

Kontragentlər və qırmızı alarm

«Kontragentlər» səhifəsi hər kontragentlə hesablaşmanı göstərir: kim bizə borcludur, kimə biz borcluyuq, kimə avans verilib. Burada kontragentləri vergi saytında yoxlayırsınız və riskli və ya ləğv olunmuş vergi ödəyicisi barədə qırmızı alarm alırsınız.

«Kontragentlər» səhifəsi
«Kontragentlər» səhifəsi

Siyahılar

  1. Sol menyuda «Kontragentlər» bəndinə basın.
  2. Yuxarıda dövrü seçin: «Ay», «Rüb», «Yarımil», «İl», «Tarix aralığı», «Bəyannamə dövrü» və ya hazır düymələr («Bu ay», «Keçən ay», «Bu il» …).
  3. Tablar: - «Debitorlar» — alıcılar, bizə borcu olanlar; - «Kreditorlar» — təchizatçılar, bizim borcumuz olanlar; - «Həm debitor, həm kreditor»; - «Xarici təchizatçılar» və valyuta üzrə siyahılar.
  4. Yuxarıdakı kartlar cəmləri göstərir: borc, alınmış avans, kontragent sayı, «Riskli» və «Saytda yoxlanılmalı» kontragentlərin sayı.

Cədvəl

  1. Hər sətirdə: Dövrün əvvəlinə qalıq, dövrdəki qaimələr, ödənişlər və Dövrün sonuna qalıq — Borc və Avans ayrıca, ƏDV-siz və ƏDV ayrıca.
  2. «Nəzarət» sütununda yaşlanma (0–30, 31–60, 61–90, 90+ gün), son ödəniş və xəbərdarlıq nişanları («Biz borcluyuq», «Bizə borcludur», «Avans qaiməsi var» və s.).
  3. İstənilən rəqəmə basın — həmin rəqəmi təşkil edən qaimə və ödənişlərin siyahısı (deşifrə) açılır.
  4. Kontragentin adının altında vergi statusu var: hüquqi / fiziki şəxs, Aktiv / Passiv, ƏDV ödəyicisi, son yoxlama tarixi.

Süzgəclər

Cədvəlin üstündəki işarə qutuları ilə lazım olan kontragentləri ayırın:

  • «Yalnız risklilər», «Ləğv edilmiş»;
  • «Qaiməsizlər» — ödənişi olan, qaiməsi olmayan;
  • «Yoxlanmamış / köhnəlmiş» — saytda yoxlanmalı;
  • «Avans qalığı olanlar», «Avans qaiməsi yoxdur»;
  • «Eyni qaiməyə artıq ödəniş»;
  • «Mühasibat qalığı ilə fərqli».

Axtarış sahəsinə ad və ya VÖEN yazın. «Valyuta» siyahısı ilə yalnız bir valyutanı göstərin.

Vergi saytında yoxlama

  1. Bir kontragent üçün: sətirdə «VÖEN-i yoxla» (ad, status, ƏDV ödəyicisi, ləğv) və ya «Riskliliyi yoxla» (riskli vergi ödəyiciləri siyahısı) basın. Nəticə dərhal düymənin altında görünür.
  2. Hamısı üçün: səhifənin yuxarısında - «Kontragentləri yoxla» — yalnız yoxlanmamış və köhnəlmiş kontragentləri yoxlayır; - «Riskliliyi yoxla» — bütün kontragentləri riskli siyahıda yoxlayır.
  3. Yoxlama arxa planda gedir, işinizə davam edə bilərsiniz.

Qeyd: Proqram hər gün kontragentləri riskli siyahıda özü yoxlayır. Vergi saytı cavab vermirsə, köhnə nəticə qalır və heç kim səhvən «riskli deyil» yazılmır.

Qırmızı alarm

Kontragent riskli vergi ödəyiciləri siyahısına düşəndə və ya vergi uçotundan ləğv ediləndə (həmçinin belə kontragentdən yeni qaimə gələndə) ekranın yuxarısında qırmızı alarm çıxır.

Qırmızı alarm kartları
Qırmızı alarm kartları

Kartda yazılır:

  • «Riskli vergi ödəyicisi» və ya «Ləğv olunmuş ödəyici» (yeni qaimə gəlibsə — «… yeni qaimə»);
  • kontragentin adı, VÖEN, tarix və qərarın nömrəsi;
  • təsir: cari dövrdə neçə qaimə və nə qədər ƏDV əvəzləşdirmədə risk altındadır.

Nə etməli:

  1. «Qaimələrə bax» basın — bu kontragentin qaimələri yeni tabda açılır. Kart kiçilir, amma ekranda qalır.
  2. Açıq qalığı və qaimələri yoxlayın: ƏDV əvəzləşdirməsi riskini qiymətləndirin. Ləğv olunmuş ödəyicidən ləğv tarixindən sonrakı qaimələri qəbul etməyin.
  3. Məlumatı aldığınızı təsdiqləmək üçün «Gördüm» basın. Bir neçə alarm varsa, «Hamısını gördüm» basa bilərsiniz.
▶ Kontragent riskli siyahıya düşəndə və ya ləğv ediləndə qırmızı alarm çıxır

Diqqət: Alarm «Gördüm» basılana qədər ekrandan getmir. Həmin kontragentin sətri cədvəllərdə yanıb-sönür və sol menyuda «Xəbərdarlıqlar» nişanı qırmızı olur.

Qeyd: Alarmda səs siqnalı istəyirsinizsə, Ayarlar → «Bildirişlər» kartında «Alarmda səsli siqnal» seçimini yandırın. Hadisə həmçinin «Xəbərdarlıqlar» səhifəsinin «Bildirişlər» panelində kritik bildiriş kimi qalır.

Excel və aktlar

  1. «Excel» düyməsi cari siyahını Excel faylına yazır.
  2. Sətirdəki «Akt» düyməsi kontragentlə üzləşmə aktını hazırlayır. Bir neçə kontragenti işarələyib toplu akt da hazırlaya bilərsiniz.