Məzmuna keç
OkTAXOkTAX
Menyu

Sinxron tarixçəsi və hərəkətlər jurnalı

«Sinxron tarixçəsi» hər sinxronun nəticəsini göstərir: nə qədər sənəd tapıldı, nə yeni gəldi, nə dəyişdi və nə alınmadı. «Hərəkətlər jurnalı» isə proqramda kimin, nə vaxt, nə etdiyini qeyd edir.

Sinxron tarixçəsi

  1. Sol menyuda «Sinxron tarixçəsi» bölməsini açın.
  2. Hər sətir bir sinxrondur. Sütunlar: «Tarix», «Mənbə» (e-qaimə, Gömrük, Bank), «Dövr», «Tapılan», «Yeni», «Yenilənmiş», «Dəyişməyən», «Uğursuz», «Sorğulanmadı», «Müddət», «Status».
  3. «Mənbə» və «Status» süzgəcləri ilə siyahını daraldın. Məsələn, «Status» siyahısında «Xəta» və ya «Qismən» seçin.
  4. Sətrə klikləyin — sinxronun təfərrüatı açılır: modul və istiqamət üzrə saylar, sənəd statusları və işlədilən süzgəc.

Proqram son 200 sinxronu saxlayır.

Sinxron tarixçəsi
Sinxron tarixçəsi

Statuslar:

  • «Uğurlu» — bütün sənədlər çəkildi;
  • «Qismən» — bəzi sənədlər alınmadı («Uğursuz» sütununa baxın);
  • «Xəta» — sinxron alınmadı;
  • «Dayandırıldı» — sinxronu özünüz dayandırdınız;
  • «Məlumat yoxdur» — portalda bu dövr üçün sənəd tapılmadı.

Yarımçıq sinxronu davam etdirmək

Sinxron yarımda dayana bilər: brauzer pəncərəsi bağlanıb, portalın sessiyası bitib və ya internet kəsilib. Artıq endirilmiş heç nə itmir.

  1. «Sinxron tarixçəsi» səhifəsində «Vəziyyət» tabına keçin.
  2. «Mənbələr» kartlarında hər mənbənin vəziyyəti görünür: «Bitdi», «Yarımçıq», «Xəta».
  3. Yarımçıq mənbənin altında «harada qalıb» cədvəli var: hansı ay və hansı səhifədə dayanıb.
  4. «Qaldığı yerdən davam et» basın. Oxunmuş səhifələr və endirilmiş sənədlər təkrar sorğulanmır.
  5. Hər şeyi sıfırdan çəkmək istəyirsinizsə, «Yenidən başla» basın.
Mənbələrin vəziyyəti və davam
Mənbələrin vəziyyəti və davam

Qeyd: Sinxron yarımçıq qalanda yuxarı zolaqdakı sinxron göstəricisinin yanında da «Davam et» düyməsi çıxır.

Hərəkətlər jurnalı

Jurnalda proqramdakı hər dəyişiklik, ixrac, sinxron və ayar dəyişikliyi vaxt və istifadəçi ilə qeyd olunur. Jurnal şirkətin arxivində saxlanılır.

Jurnalı açmağın yolları:

  • «Ayarlar» bölməsində «Hərəkətlər jurnalı» kartında «Hərəkətlər jurnalını aç» düyməsi;
  • «Hesabatlar» bölməsində siyahının başındakı «Hərəkətlər jurnalı» keçidi;
  • ödəniş, qaimə və digər obyektlərin panelindəki «Tarixçə» düyməsi — jurnal yalnız həmin obyekt üzrə açılır.

Jurnalla işləmək:

  1. «Dövr» siyahısından dövrü seçin: «Bu gün», «Son 7 gün», «Son 30 gün», «Bu ay», «Bu il», «Bütün dövr» və ya «Seçilmiş dövr…».
  2. «Modul», «Əməliyyat» və «İstifadəçi» süzgəclərini istifadə edin.
  3. «Obyekt axtarışı» sahəsinə qaimə nömrəsi, VÖEN və ya qeyd yazın.
  4. Yalnız uğursuz hərəkətləri görmək üçün «Yalnız xətalar» işarəsini qoyun.
  5. Sətrə klikləyin — nəyin dəyişdiyi (əvvəl / sonra) və qeyd görünür.
Hərəkətlər jurnalı
Hərəkətlər jurnalı

Səhifənin yuxarısındakı düymələr:

  • «Zənciri yoxla» — jurnal sətirlərinin sonradan dəyişdirilib-dəyişdirilmədiyini yoxlayır;
  • «Excel» — cari süzgəclə bütün sətirləri Excel faylına çıxarır;
  • «Saxlanma» — jurnalın neçə il saxlanacağını göstərən ayarlara keçir.

Qeyd: Parol, API açarı və digər gizli məlumatların dəyəri jurnala yazılmır — yalnız «dəyişdi» qeyd olunur.

▶ «Sinxron tarixçəsi» — hər sinxronun nəticəsi

Saxlanma müddəti

«Ayarlar» bölməsinin «Saxlanma müddəti» kartında jurnalın (1–10 il), texniki log fayllarının və sinxron irəliləmə fayllarının saxlanma müddətini təyin edin və «Saxla» basın. Köhnə sətirlər gündə bir dəfə silinir, təmizləmənin özü də jurnala yazılır.