Məzmuna keç
OkTAXOkTAX
Menyu

Tez-tez verilən suallar

Burada ən çox rast gəlinən suallar və problemlərin həlli toplanıb. Cavabını tapmadığınız sual üçün proqramdan «Problemi göndər» düyməsi ilə müraciət edin (bax: əvvəlki fəsil).

Quraşdırma və köçürmə

Quraşdırarkən «Windows kompüterinizi qorudu» (SmartScreen) pəncərəsi çıxır. Nə edim?

Bu, Windows-un internetdən endirilən yeni proqramlar üçün göstərdiyi adi xəbərdarlıqdır.

  1. Quraşdırıcını yalnız saytın «Yükləmə» səhifəsindən endirdiyinizə əmin olun.
  2. Pəncərədə «Ətraflı məlumat» (More info) keçidini basın.
  3. Çıxan «Yenə də işə sal» (Run anyway) düyməsini basın. Ətraflı — «Yükləmə və quraşdırma» fəslində.

Quraşdırma üçün administrator hüququ lazım deyil — proqram sizin istifadəçi qovluğunuza quraşdırılır.

Məlumatlarım harada saxlanılır?

Bütün məlumat yalnız sizin kompüterinizdədir. Standart yer: C:\Users\<ad>\AppData\Local\QaimePay. Burada hər şirkət (VÖEN) üçün ayrıca arxiv faylı, ayarlar və gömrük sənədləri var. Dəqiq yeri «Ayarlar» bölməsinin «Qovluqlar» kartında görə və «Qovluğu aç» ilə aça bilərsiniz.

Məlumatlarım internetə göndərilirmi?

Xeyr. Lisenziya təsdiqində serverə yalnız lisenziya ID-si, cihazın izi və proqramın versiyası gedir. Yeniləmə yoxlamasında yalnız cihazın izi gedir. Qaimə, çıxarış, VÖEN siyahısı və məbləğ heç vaxt göndərilmir. «Problemi göndər» ilə göndərdiyiniz mətni isə əvvəlcə tam görürsünüz.

Proqramı yeni kompüterə necə köçürüm?

  1. Köhnə kompüterdə «Ayarlar» → «Ehtiyat nüsxə» → «Nüsxə yarat» ilə şifrəli nüsxə çıxarın və faylı fləş-diskə yazın.
  2. Yeni kompüterə proqramı «Yükləmə» səhifəsindən quraşdırın.
  3. Sayt kabinetində lisenziyanızın səhifəsində köhnə kompüteri cihazlar siyahısından «Sil» ilə çıxarın (yer lazımdırsa) və «Cihaz əlavə et» ilə yeni aktivləşdirmə kodu alın.
  4. Yeni kompüterdə kodu daxil edib proqramı aktivləşdirin.
  5. «Ayarlar» → «Ehtiyat nüsxə» → «Nüsxədən bərpa» basın, faylı seçin və parolu yazın.
  6. Asan İmza məlumatlarını və bank girişini yenidən daxil edin — onlar nüsxəyə düşmür.

Proqramı silsəm, məlumatlarım da silinəcək?

Xeyr. Proqram silinəndə məlumat qovluğu yerində qalır. Yenidən quraşdırsanız, arxivləriniz açılacaq.

Giriş və sinxron

«Sinxronla» basıram, amma brauzer açılmır.

  • Kompüterdə Microsoft Edge və ya Google Chrome olmalıdır. «Heç bir brauzer tapılmadı» xətası çıxırsa, onlardan birini quraşdırın.
  • «Ayarlar» → «Sinxronizasiya» kartında «Brauzer» siyahısından digər brauzeri (chrome və ya edge) seçib yenidən cəhd edin.
  • Brauzer pəncərəsi başqa pəncərələrin arxasında qala bilər — Windows-un tapşırıqlar panelinə baxın.
  • Giriş bitənə qədər brauzer pəncərəsini bağlamayın. Bağlasanız, «Brauzer pəncərəsi bağlandı — giriş tamamlanmadı» xətası çıxır; sinxronu yenidən başladın.

«Asan İmza girişi vaxtında təsdiqlənmədi» xətası çıxır.

Telefonda təsdiq sorğusu vaxtında qəbul edilməyib.

  1. Telefonun internetə qoşulduğunu və Asan İmza tətbiqinin işlədiyini yoxlayın.
  2. Sinxronu yenidən başladın və telefonda sorğu gələn kimi PIN kodu daxil edin.
  3. Sinxron yarımda dayanıbsa, «Sinxron tarixçəsi» → «Vəziyyət» → «Qaldığı yerdən davam et» basın — artıq endirilmiş sənədlər təkrar çəkilmir.

Qeyd: «Ayarlar» → «Asan İmza» kartındakı mobil nömrə yalnız formanı doldurmaq üçündür. Təsdiqi hər dəfə telefonda özünüz verirsiniz.

Sinxron yarımçıq qaldı və ya proqramı səhvən bağladım.

Heç nə itmir. «Sinxron tarixçəsi» səhifəsində «Vəziyyət» tabını açın və «Qaldığı yerdən davam et» basın. Yuxarı zolaqda da «Davam et» düyməsi görünə bilər.

Pəncərəni bağlayanda sinxron dayanır. Arxa planda işləməsi mümkündür?

Bəli. «Ayarlar» → «Fon rejimi» kartında «Bağlananda tray-də qalsın» açarını yandırın. Proqram saatın yanındakı bildiriş sahəsində işləməyə davam edəcək. Kompüter açılanda özü başlaması üçün «Windows açılanda başlasın» açarını da yandırın.

Lisenziya

Yuxarı zolaqda «Yalnız oxu» nişanı görünür (lisenziya yalnız oxu rejimindədir). Nə baş verib?

Bu rejimdə arxiv və hesabatlar açıq qalır, amma sinxron, Excel ixracı və dəyişikliklər bağlanır. Səbəblər:

  • lisenziyanın müddəti bitib;
  • proqram 14 gündən çox internetə çıxmayıb və lisenziya təsdiqlənməyib;
  • lisenziya kabinetdə dayandırılıb və ya bu kompüter cihazlar siyahısından silinib;
  • aktiv şirkət lisenziyanın şirkət yerlərinə bağlı deyil («Lisenziyanın yerlərində deyil — yalnız oxu» nişanı).

Nə etməli:

  1. İnternetə qoşulun və «Ayarlar» → «Lisenziya» kartında «İndi yenilə» basın.
  2. Müddət bitibsə, lisenziyanı sayt kabinetində uzadın və yenə «İndi yenilə» basın.
  3. Şirkət yerə bağlı deyilsə, kartdakı «Kabinetdə yerə bağla» keçidini basın və şirkəti boş yerə bağlayın.
  4. Kompüter silinibsə, kabinetdə «Cihaz əlavə et» ilə yeni kod alın və «Aktivləşdirmə kodu daxil et» sahəsinə yazın.

Hesabatlar, ƏDV və gömrük

Excel faylını hardan tapım?

Fayl hazır olanda özü açılır. Bütün Excel faylları «Ayarlar» → «Qovluqlar» kartındakı «Excel ixracı» qovluğuna yazılır — «Qovluğu aç» düyməsi ilə açın.

«Excel bir vərəqə sığmır» pəncərəsi çıxır.

Sətirlərin sayı Excel-in həddindən çoxdur. «Power Query ilə aç» (tövsiyə olunur), «Vərəqlərə böl», «CSV» və ya «Dövrü daralt» seçin. Ətraflı — «Excel ixracı və Power Query» fəslində.

«ƏDV depozit» səhifəsi boşdur.

Depozit çıxarışı hələ oxunmayıb. «Vergiyə daxil ol» və ya «Sinxronla» basın. Çıxarışı portaldan Excel kimi endirmisinizsə, «Excel-dən yüklə» ilə yükləyin.

Bəyannamə «Bağlanış» siyahısında görünmür.

Bağlanışa yalnız invoys dəyəri olan, ləğv edilməmiş idxal bəyannamələri düşür. Bəyannamənin panelinin başında bunun səbəbi yazılır. Bəyannamə ümumiyyətlə yoxdursa, onun növünün «Ayarlar» → «Gömrük bəyannamələri» kartında seçildiyini yoxlayın və sinxronu təkrarlayın.

Proqramı necə yeniləyim?

«Ayarlar» → «Yeniləmə» kartında «Yoxla», sonra «Yüklə və quraşdır» basın. «Avtomatik yoxla» açıqdırsa, yeni versiya olanda bildiriş paneli sizə xəbər verəcək. Köhnə versiyada çox qalmayın: dəstəkdən çıxmış versiyada 30 gün sonra sinxron dayanır.